
3 min 600-dən çox fələstinli İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağını atəşə tutmasından sonra itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklav hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, dağıntılar altında qalan itkin düşmüş qəzzalı fələstinlilərin sayı 3 min 640 nəfərdir, onlardan 1770-i uşaqdır.
Qəzza rəsmilərinin son məlumatlarına görə, oktyabrın 7-dən bəri zolaqda 4 min 710-u uşaq və 3 min 160-ı qadın olmaqla 11 min 500 nəfər ölüb.