“Qəzzada itkin düşən uşaqların sayı artır” – UNICEF


Qəzza zolağında 1 milyondan çox uşaq var, onların çoxu itkin düşüb və ya binaların dağıntıları altında qalıb.
Yeniavaz.com xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.
“Qəzza zolağında bir milyon uşaq üçün təhlükəsiz yer yoxdur, Qəzza zolağında artıq 4,6 mindən çox uşaq ölüb və 9 minə yaxın uşaq yaralanıb. Çoxlu uşaq itkin düşüb və güman ki, binaların və evlərin dağıntıları altında qalıb”, - deyə o bildirib.
“Humanitar yardım üçün sərhəd keçidlərinin vaxtaşırı açılması sürətlə artan ehtiyacları ödəmək üçün kifayət etmir və qışın yaxınlaşması ilə yanacağa ehtiyac daha da kəskinləşə bilər”, - Rassel bildirib.
UNICEF daha əvvəl bildirmişdi ki, həftələrdir İsrail ordusu tərəfindən intensiv atəşə tutulan Qəzza zolağında hər gün 400-dən çox uşaq ölür və ya yaralanır. Fondun nümayəndəsinin sözlərinə görə, Qəzza mahiyyətcə uşaq qəbiristanlığına çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top