
Çin Prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək və ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün Kaliforniyanın San-Fransisko şəhərinə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, Çin liderini hava limanında Kaliforniya qubernatoru Gevin Nyusom və ABŞ-nin maliyyə naziri Canet Yellen qarşılayıb. Otelə gedərkən Si Cinpinin korteji əllərində Çin və ABŞ bayraqları ilə ABŞ-də yaşayan çinlilər, xüsusən də, Amerika universitetlərinin tələbələri tərəfindən qarşılanıb.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun daimi üzvü, ÇKP MK Katibliyinin birinci katibi Cai Qi, həmçinin ÇKP MK Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi Si Cinpinlə birlikdə San-Fransiskoya gedib.
Qeyd edək ki, APEC sammiti noyabrın 15-dən 17-dək keçiriləcək. Noyabrın 15-də sammit çərçivəsində Çin və ABŞ liderləri arasında görüş planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz