İDF HƏMAS liderlərindən birini saxladı – KİV


İsrail Müdafiə Qüvvələri (İDF) Ramallahda Fələstinin HƏMAS hərəkatının liderlərindən biri Hüseyn Əbu Queyki saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Quds” portalı yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Əbu Queyk İordan çayının qərb sahilindəki Əl-Bira şəhərində reyd zamanı saxlanılıb. İsrail hərbçiləri Əbu Queykin həbsi barədə hələlik açıqlama verməyib.
Qeyd edək ki, bundan əvvəl həm İsrail, həm də Fələstin Milli Administrasiyası onu HƏMAS-la fəaliyyətinə görə dəfələrlə saxlayıb və həbs ediblər.
“Əl Hadath” telekanalı iddia edir ki, İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı Hebron Universitetinin ən azı 15 qız tələbəsi də saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top