
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Əl-Şifa Tibb Mərkəzinə hücumlarını davam etdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb .
Bildirilib ki, İsrail ordusu tibb müəssisəsinin qərb qanadına hücumu davam etdirir:
“Xəstəxana binasında irəliləyən İsrail Silahlı Qüvvələrinin əsgərləri “hücum zonasında” qapıları və divarları partladıblar”, - məlumatda deyilir.
İranın “Fars” agentliyi öz “Telegram” kanalında xəstəxana binasında internet və elektrik enerjisinin kəsildiyini, binanın yaxınlığında olan jurnalistlərin isə İsrail əsgərləri tərəfindən saxlanıldığını yazıb.
Qeyd edək ki, İsrail hərbçiləri çərşənbə günü gecə saatlarında Qəzza zolağında HƏMAS-ın əsas komanda qərargahının yerləşdiyi Əl-Şifa xəstəxanasına hücuma başlayıb. IDF onu da bildirib ki, tibb mərkəzinin altında bir neçə yeraltı komplekslər və 200-ə yaxın yaraqlının gizləndiyi tunel, həmçinin oktyabrın 7-də hücum zamanı oğurlanmış girovlar saxlanılır.