Türkiyədə Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılması istənildi


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sabiq deputatı Mətin Külünk və vəkilləri Mukahit Birinci və Burak Bəkiroğlu İstanbul prokurorluğuna vəsatət qaldıraraq, İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) ifadə göndərilməsi xahişi ilə müraciət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Müraciətdə Netanyahunun bütün dünyanın gözü qarşısında müharibə, soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi iddia edilir.
Həmçinin iddia edilir ki, Netanyahu beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə etməkdən çəkinmir.
Müraciətdə deyilir ki, Netanyahu və onun tərəfdaşları beynəlxalq cinayət standartları çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top