“Mən astroloq deyiləm”


“ABŞ-da nə baş verəcəyini bilmirəm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Cozep Borel mətbuat konfransında ABŞ-ın Kiyevə hərbi tədarükünü azaldacağı təqdirdə Aİ-nin Ukraynaya yardımı artırmağa hazır olub-olmadığı sualına cavab verərkən bildirib.
“Aİ Şurası tok-şou deyil, mən də astroloq deyiləm, gələn il ABŞ-da nə baş verəcəyini bilmirəm. Bu cür spekulyasiyaları müzakirə etməkdənsə, daha ciddi hərəkət etməliyik, diqqətimizi indiki məqama yönəltməliyik. Açıq desəm, mən cari işlərimlə çox məşğulam, spekulyasiyaya vaxt itirə bilmərəm”, - Borel deyib.

DİGƏR XƏBƏRLƏR

Top