
Qarabağdan Ermənistana gedənlərdən 2 min 384 nəfərlə əmək müqaviləsi bağlanıb.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Ruben Sarkisyan bildirib.
Nazir müavininin sözlərinə görə, noyabrın 14-nə Vahid Sosial Xidmətin 49 mərkəzində Qarabağdan gəlmiş 3min 490 nəfər işaxtaran kimi qeydə alınıb, onlardan 3 min 35 nəfəri işsiz statusu alıb.
Qeyd olunub ki, 1336 nəfər müxtəlif işəgötürənlərə göndərilib, onlardan 289 nəfəri işə düzəlib, qalanları üçün isə iş axtarışı davam etdirilir.