Türkiyədə sosial media fenomeni məşhur bacılar saxlanıldı


Türkiyədə sosial media fenomenləri, iştirak etdikləri moda yarışları ilə tanınan Bahar və Nihal Candan bacıları saxlanılıblar.
Yeniavaz.com Haberler.com-a istinadla xəbər verir ki, illər əvvəl iştirak etdikləri moda yarışları ilə məşhurlaşan, sonradan paylaşımları ilə fenomenə çevrilən Bahar Candan və Nihal Candan bacıları cinayət yolu ilə əldə edilən çirkli pulların yuyulması ittihamı ilə hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
Cinayətdə şübhəli bilinən bacılar müvafiq idarəyə aparılıb.
Qeyd olunur ki, Candan bacılarına qarşı keçirilən əməliyyat zamanı Hacı İsrafil S. adlı şəxs də saxlanılıb.
Candan bacılarının xüsusi dələduzluq üsulu ilə bir çox insanı aldadan cinayət təşkilatının üzvü olduqları iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top