PKK-nın Kərkük üzrə məsulu zərərsizləşdirildi – Foto


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MKİ) İraqın şimalında, Süleymaniyyədə həyata keçirdiyi əməliyyatda PKK/KCK-nın qondarma Kərkük Vilayət məsulu kod adı “Çiya Amed” olan və qırmızı kateqoriyada axtarılan Remzi Avcını zərərsizləşdirib.
Yeniavaz.com Haberler.com-a istinadla verir ki, Remzi Avcı Diyarbəkirdəki çuxur/barrikada hadisələri zamanı terror təşkilatının Türkiyə Təhlükəsizlik Qüvvələrinə qarşı təşkil etdiyi əməliyyatlarda məsul şəxslərdən biri olub.
MKİ 1992-ci ildən Türkiyəyə qarşı birbaşa silahlı fəaliyyətlər həyata keçirən Avcının fəaliyyətlərini araşdırmağa başlayıb. Onun həm ölkə daxilində, həm də ölkə xaricində silsilə əməliyyatlar təşkil etdiyini aşkarlayan MKİ Avcıya qarşı əməliyyat keçirməyi qərara alıb. Türkiyə sərhədlərinin 222 km dərinliyindəki ərazidə gizlənən qondarma Kərkük vilayətinin məsulu MKİ-nin təşkil etdiyi bu əməliyyatla zərərsizləşdirilib.
Qeyd edək ki, “Çiya Amed” terror təşkilatına 1992-ci ildə qoşulub. O, 2014-cü ildə İŞİD-lə mübarizədə Türkiyəyə qarşı fəaliyyətləri koordinasiya etmək və təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırmaq və həyata keçirmək məqsədi ilə Suriyanın Ayn Əl Ərəb şəhərində fəaliyyət göstərib.
Təşkilatın 2015-2016-cı illərdə Diyarbəkirdə şəhər və kənd əməliyyatlarında və çuxur/barrikada hadisələrində fəal rol alan Avcı, başda Diyarbəkirin Lice və Sur raonları olmaqla PKK/KCK-YPS ünsürlərinin silahlı fəaliyyətlərini təşkil edib, hərbi hissələrə qarşı reaktiv yaylım atəşi sistemləri və uzun lüləli silahlarla əməliyyatlarda iştirak edərək, əhalini təşvişə salmağa çalışıb.
Çuxur/barrikada hadisələri zamanı uğursuzluğa düçar olan Avcı 2017-ci ildə Şimali İraqa qaçıb, İraqın Zap bölgəsinə gedərək, burada fəaliyyətə başlayıb.
Silahlı fəaliyyətlə yanaşı, PKK-çılara ideoloji təlim də verən Avcı 2018-ci ildə PKK-nın yüksək səviyyəli rəhbərləri tərəfindən “Zeytun Budağı” Hərəkatına qarşı fəaliyyət göstərmək üçün Suriyanın Afrin rayonuna göndərilib.
Türk Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda uğursuzluğa məruz qalan Avcı yaralı olaraq Şimali İraqdakı Qare bölgəsinə qaçmalı olub. 2019-2022-ci illər arasında Qaredə fəaliyyət göstərən Avcı xüsusilə şəhərlərdə bombalı hücumlar həyata keçirən PKK-çılara təlim keçib, əməliyyat planları hazırlayıb. Avcı, 2022-ci ildə qısa müddət ərzində İraqın Sincar rayonunda hərbi sahə məsuliyyətini öz üzərinə götürüb və nəhayət, PKK idarəçiləri tərəfindən 2022-ci ilin ikinci yarısından etibarən qondarm Kərkük vilayətinə məsul təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top