Sosial şəbəkədə Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürkü təhqir etdiyi üçün həbs edilən ərzurumlu dönərxana sahibi Mustafa Atmaca azadlığa buraxılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, onun azadlığa buraxılma səbəbi vərəm xəstəsi olmasıdır.
Qeyd edək ki, Mustafa Atmaca 650 min izləyicisi olan TikTok səhifəsində M. K. Atatürkü təhqir etdiyi üçün noybarın 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış, daha sonra məhkəmənin qərarı ilə həbs edilmişdi.