Robert Köçəryanın oğlu parlamentdə and içdi


Bu gün Ermənistan parlamentinin növbəti iclasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın deputat seçilən oğlu Levon Köçəryan and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Qeyd edək ki, MSK-nın qərarı ilə parlamentin “Ermənistan” blokunun mandatı növbəti namizəd Levon Köçəryana verilib. Deputat seçildikdən sonra Levon Köçəryan qanunvericiliyə uyğun olaraq azadlığa buraxılıb.
Xatırladaq ki, Ermənistanın keçmiş liderinin oğlu sentyabrın 22-də hökumət əleyhinə nümayiş zamanı saxlanılmış və o, dörd polis əməkdaşını döyməkdə ittiham olunmuşdu. O özü bu ittihamları rədd etmiş, vəkil qrupu isə bu həbsin daha çox Levon Köçəryanın və onun atasının siyasi baxışları ilə bağlı olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top