
“Soyuq mövsümdə rasionumuzu tənzimləmək lazımdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə RİAMO ilə söhbətində qastroenteroloq Anastasiya Çijikova danışıb.
Çijikova xəbərdarlıq edib ki, payız və qışda bir insanın istilik mübadiləsinin optimal səviyyəsini saxlamaq üçün karbohidratlara ehtiyacı var, həmçinin D vitamini çatışmazlığı "sevinc hormonları" serotonin və dopamin istehsalının azalmasına səbəb olur. Soyuq mövsümdə maqnezium, xrom və B vitaminlərinin səviyyəsini izləmək də vacibdir.
Həkim rasiona bu mikroelementlərlə zəngin iki qida əlavə etməyi məsləhət görüb. Xüsusilə, o, soyuqda yüksək miqdarda kakao olan tünd şokolad yeməyi təklif edib, çünki kakaoda maqnezium, xrom, B vitaminləri, həmçinin serotoninin xəbərçisi olan çox miqdarda triptofan var. Bundan əlavə, triptofan, maqnezium, B vitaminləri və digər faydalı mikroelementlər süd məhsullarında, xüsusən də pendirdə, həmçinin ət, balıq, paxlalı bitkilər, qoz-fındıq, kürü, dəniz yosunlarında çoxlu miqdarda olur.