
Siciliya adasında Etna vulkanının yeni püskürməsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “La Sicilia” qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) istinadən xəbər verib.
Nəşrin məlumatına görə, püskürmə vulkanın cənub-şərq kraterində baş verib. INGV mütəxəssislərinin fikrincə, püskürən vulkanın hündürlüyü dəniz səviyyəsindən təxminən 4,5 min metr yüksəklikdə olub.
Qeyd olunur ki, Etna vulkanının püskürməsinin hazırkı mərhələsi Siciliyanın Kataniya şəhərindəki hava limanının fəaliyyətinə təsir göstərmir.
Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi nəzarəti altındadır. Bir qayda olaraq, bu vulkanın fəaliyyəti əhali üçün təhlükə yaratmır.