Qəzzada öldürülən jurnalistlərin sayı 49-a çatdı


Qəzza zolağında hərbi eskalasiya başlayandan bəri bölgədəki vəziyyəti işıqlandıran 49 KİV nümayəndəsi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, bu, anklavda fəaliyyət göstərən jurnalistlərin ümumi sayının 4%-ni təşkil edir.
Qeyd edək ki, bundan əvvəl Fələstin Jurnalistlər Birliyi Qəzza zolağında əlaqə kəsilən onlarla müxbirin taleyindən narahatlığını ifadə etmişdi. Təşkilat İsrail hərbçilərinin onlara qarşı repressiyalardan qorxduqlarını qeyd edərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşlarından məsələyə müdaxilə edərək onları müdafiə etməyi xahiş etmişdi. BMT-nin baş katibi Antonio Quterreş isə, öz növbəsində, Fələstin anklavında dörd həftə ərzində son 30 ildə baş verən digər münaqişələrdən daha çox jurnalistin öldürüldüyünü bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top