
Cənubi Karolina senatoru Tim Skott ABŞ prezidentiyi uğrunda mübarizəni dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Fox News”a açıqlama verib.
“Mənə aydın oldu ki, indi mənim vaxtım deyil, mən bu gündən prezident seçkiləri ilə bağlı kampaniyamı dayandırmaq qərarına gəldim. Düşünürəm ki, onlar (seçicilər) “indi vaxtı deyil” deyirlər”,- Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə keçmiş iddiaçı bildirib
Xatırladaq ki, T. Skott may ayında prezidentlik yarışına qatılıb. Respublikaçılar Partiyasında prezidentliyə namizədlik uğrunda mübarizədə favorit Amerikanın əvvəlki lideri Donald Trampdır. Onun rəqibləri arasında Florida qubernatoru Ron DeSantis, ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və iş adamı Vivek Ramasvami də var.
Qeyd edək ki, 2017-2021-ci illərdə Tramp administrasiyasında vitse-prezident vəzifəsində çalışmış Mayk Pens də bir müddət əvvəl seçki yarışında iştirakını dayandırmaq qərarına gəldiyini açıqlayıb.
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Bu il aprelin 25-də hazırkı Demokrat prezident Co Bayden ən yüksək hökumət postuna yenidən namizəd olacağını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz