ABŞ-nin Suriyanın şərqində İranın dəstəklədiyi qruplaşmalara qarşı endirdiyi hava zərbələri nəticəsində azı 6 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən “Fox News” telekanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Yaxın Şərqdəki bazalarına hücumları nəticəsində ən azı altı iranlı döyüşçü öldürülüb.
Bundan əvvəl ABŞ-nin müdafiə naziri Loyd Austin prezident Co Baydenin İranyönlü qruplara qarşı hava hücumları əmrini verdiyini təsdiqləyib. Pentaqon rəhbərinin sözlərinə görə, zərbələr təlim mərkəzi və sığınacaqlara endirilib.
Qeyd edək ki, daha əvvəl Bayden zərurət yaranacağı təqdirdə, Birləşmiş Ştatların İran tərəfindən dəstəklənən və Yaxın Şərqdə Amerika qoşunlarına qarşı hücumlara görə məsuliyyət daşıyan qruplara qarşı yeni zərbələr endirəcəyini bəyan etmişdi.