Atatürkü təhqir edən məşhur dönərçi həbs edildi


Məşhur türkiyəli dönərçi Mustafa Atmaca Mustafa Kamal Atatürkü təhqir etmə ittihamı həbs edilib.
Yeniavaz.com
Türkiyə mediasına istinadən xəbər verir ki, TikTok sosial şəbəkəsində 650 min izləyicisi olan Mustafa Atmaca canlı yayımda izləyicisi ilə mübahisə edib.
“Sən gedəcəksən, bura bizim torpağımızdır. Ərəbistanda da döyüşməyə gedərik. Bura da, Yəmən də, Qüds də bizim torpağımızdır. Siz İsrailə gedəcəksiniz. Osmanlı uduzmadı. Laik (dünyəvi – red.) deyilən itlər uduzdu otorpaqları. Laikliyi gətirən itlər, onlar itirdi”, - M. Atmaca mübahisə zamanı izləyicisinə deyib.
İzləyicilər tanınmış dönərçinin bu sözlərinə sərt reaksiya veriblər.
Mustafa Atmaca Atatürkü təhqir etmək ittihamı ilə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra məhkəməyə çıxarılan dönərçi həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top