
“Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan fələstinli rəsmiyə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, HƏMAS-ın qərarı Qəzza zolağının şimalında yerləşən Əl-Şifa xəstəxanası ilə əlaqədar İsrailin hərəkətləri ilə bağlıdır. Agentlik başqa təfərrüatları açıqlayıb.