
“İsrail ordusu anklavdakı xəstəxanaları bombaladığı üçün ölü və yaralıların qeydiyyatı aparılmayıb və nəticədə ötən gün – noyabrın 11-də bu barədə statistika açıqlanmayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin yaydığı açıqlamada bildirilir.
“Lakin bildiririk ki, işğalçı qüvvələr tərəfindən 1130-dan çox qırğın törədilib, şəhidlərin sayı 8 mindən çoxu uşaq və qadın olmaqla 11 min 100-ü, yaralananların sayı isə 28 mini keçib”, - məlumatda deyilir.
Qəzza zolağının Səhiyyə Nazirliyi dünən bildirmişdi ki, rabitə və internet kəsintiləri səbəbindən Qəzzada yeni itkiləri saymaq mümkün deyil.
Tətbiqimizi yükləyə bilərsiniz