Təl-Əviv və Qüdsdə mitinqlər keçirilir


Təl-Əviv və Qüdsdə mitinqlərə toplaşan on minlərlə insan HƏMAS-ın Qəzza zolağında saxladığı 200-dən çox girovun tezliklə geri qaytarılmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə hücum nəticəsində azı 244 nəfər qaçırılıb, girovlardan biri sonradan İsrail hərbçiləri tərəfindən, dörd nəfər isə HƏMAS tərəfindən azad edilib.
Qeyd olunur ki, Təl-Əvivdə keçirilən mitinq Benyamin Netanyahu hökumətinin təşviq etdiyi məhkəmə islahatlarına qarşı təşkil olunan etiraz aksiyalarından sonra ən böyük mitinq olub.

DİGƏR XƏBƏRLƏR

Top