Toyuq bulyonu soyuqdəymədə necə kömək edir?


“Toyuq bulyonu soyuqdəyməni müalicə etmir, lakin bəzi simptomları aradan qaldıra bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diyetoloq Kara Kollyer “Fox News”a müsahibəsində danışıb.
Kollyer, toyuq və bulyonun öskürək və burun tutulmasını aradan qaldırmağa kömək etdiyini bildirib:
“Bu, orada olan və seliyi incələşdirən amin turşuları ilə bağlıdır. Bundan əlavə bulyonun tərkibindəki elektrolitlər immunitet sistemini dəstəkləyir və bədənin virus və infeksiyalarla mübarizə aparmasına kömək edir. Toyuq şorbasına əlavə edilən sarımsaq və göyərti kimi tərəvəz və ədviyyatlar mühüm minerallar, antioksidantlar və amin turşuları ehtiva edə bilər. Onlar həmçinin bədənimizin immun sistemini dəstəkləyirlər”.
Diyetoloq əlavə edib ki, xəstəlik zamanı əriştəsiz toyuq şorbası hazırlamaq və ya adi haldan daha az əriştə əlavə etmək daha yaxşıdır. Belə ki, əriştədə olan karbohidratlar bədənə əlavə stress verir, bu da infeksiya ilə mübarizə aparmaq üçün qanda qlükoza səviyyəsini artıran hormonlar istehsal edir.
 

DİGƏR XƏBƏRLƏR

Top