“Gəncləri ölümə göndərməyin” – Maskdan Zelenskiyə müraciət


“Ukraynadakı müharibəni Birinci Dünya Müharibəsi ilə müqayisə edə bilərəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Tesla” və “SpaceX”in sahibi İlon Mask Leks Fridmanın podkastında bildirib.
Aparıcının əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan imtina edən Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar masasına oturub-durmaması ilə bağlı sualına Mask müsbət cavab verib:
“Düşünürəm ki, Zelenskiyə ukraynalı gəncləri səngərdə ölməyə göndərməməyi məsləhət görərdim. Onun Putinlə dialoqa girib-girməyəcəyindən asılı olmayaraq, bunu etməyə ehtiyac yoxdur”.
İş adamı onu da əlavə edib ki, indi hansı tərəf hücuma cəhd etsə, o, böyük itkilərlə üzləşəcək və müvafiq qərarlar qəbul edənləri tarix bağışlamayacaq.

DİGƏR XƏBƏRLƏR

Top