“Qəzza zolağındakı blokada dərhal aradan qaldırılmalıdır”


İran Prezidenti İbrahim Rəisi heç bir şərt və məhdudiyyət olmadan Qəzza zolağındakı blokadanın dərhal götürülməsinə və “Rəfah” keçidinin açılmasına çağırıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə o, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının Ər-Riyadda Yaxın Şərq və Qəzza zolağındakı vəziyyətə həsr olunmuş fövqəladə birgə sammitində deyib.
“Qəzza zolağındakı blokadanı tamamilə aradan qaldırmaq və yardım, ərzaq və dərman çatdırmaq üçün Misirdəki qardaşlarımızla birlikdə “Rəfah” keçidini dərhal və qeyd-şərtsiz açmaq lazımdır”, - Rəisi bildirib.
Rəisi həmçinin vurğulayıb ki, İslam ölkələri Fələstin anklavına davamlı yardım axınını təmin edəcək xüsusi humanitar mexanizm hazırlamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top