
İsrail hakimiyyəti HƏMAS terror qruplaşmasının oktyabrın 7-də ölkəyə hücumu nəticəsində həlak olanlarla bağlı məlumatı yeniləyib.
Yeniavaz.com “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat məlumat yayıb.
“7 oktyabr qırğınının rəsmi qurbanlarının sayı təxminən 1200 nəfərdir”, - XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, ölənlərin sayı noyabrın 9-da yenidən qiymətləndirilib.
Qeyd edək ki, daha əvvəl 1400 nəfərin öldüyü bildirilib.