Mirzoyan fransalı həmkarı ilə regional məsələləri müzakirə etdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Mirzoyan öz “X” səhifəsində yazıb.
O, həmçinin, Paris meri Ann İdalqo ilə də müzakirə aparıb.
“6-cı Paris Sülh Konfransı çərçivəsində Ketrin Kolonna və Ann İdalqo ilə fikir mübadiləsi aparılıb. Ermənistan və Fransa arasında geniş əməkdaşlıq gündəliyi, eləcə də, regional məsələlər həmişə siyasi dialoqumuzun bir hissəsidir”, - Mirzoyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top