Növbəti G7 sammiti İtaliyada keçiriləcək


Yeddilik Qrupunun (G7) növbəti sammiti gələn il iyunun 13-dən 15-dək İtaliyanın Apuliya bölgəsində keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corca Meloni sosial şəbəkədəki səhifəsində məlumat verib.
“İtaliyanın G7-yə sədrliyi zamanı əsas mövzular Afrika və miqrasiya məsələsi olacaq. Gələn il ərzində müxtəlif nazirliklərin himayəsi altında tədbirlər keçiriləcək, lakin əsas tədbir - liderlər sammiti iyunun 13-dən 15-dək Apuliyada baş tutacaq”, - baş nazir deyib.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tayani isə İtaliyanın G7-yə sədrliyi zamanı əsas mövzuların Ukraynanın bərpası ilə yanaşı, iqlim dəyişikliyi, miqrasiya və ərzaq təhlükəsizliyi kimi əsas problemlərin həlli olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top