“Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırdır” – Qaluzin


“Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixini razılaşdırdıqdan sonra dərhal elan edəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
“Biz dəfələrlə Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması məsələlərində gələcək dialoq üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - nazir müavini nazirlərin ilin sonuna qədər üçtərəfli görüşünün perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.
“Görüşün vaxtını razılaşdırdıqda, biz bu barədə elan edəcəyik”, - Qaluzin qeyd edib.
Qaluzin həmçinin vurğulayıb ki, Moskvanın müvafiq görüşə ev sahibliyi etməyə hazırlığı dəyişməz olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top