
Qəzza zolağında münaqişə tərəfləri İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və yeniyetmələri Qəzza zolağında HƏMAS hərəkatının girovluğunda saxlanılan 100 qadın və uşaqla dəyişdirmək barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumatda razılaşmaların həyata keçirilməsi üçün vaxt intervalı göstərilməyib.
İsrail tərəfinin məlumatına görə, hazırda Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin üzvləri və əcnəbilər daxil olmaqla, 200-dən çox insan fələstinli qrupların girovluğundadır.
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin məlumatına görə isə hazırda İsrail həbsxanalarında yeniyetmə və qadınlar da daxil olmaqla, 6 minə yaxın fələstinli saxlanılır.
Tətbiqimizi yükləyə bilərsiniz