
Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərbi qruplaşma öz “Teleqram” kanalında məlumat yayıb. Məlumata görə, atəş İsrailin fələstinliləri kütləvi qətlə yetirməsinə cavabdır. Zərbənin vurduğu ziyanla bağlı məlumat verilməyib.