
Amerikanın fərdi kompüter və printer istehsalçısı “Hewlett Packard” şirkəti “HP Inc”in Rusiyadakı törəmə şirkətinin ləğvi prosesinə başlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu məlumat hüquqi şəxslərin Vahid Dövlət Reyestrində şirkətin bəyanatında öz əksini tapıb.
“Məhdud məsuliyyətli cəmiyyətin ləğvi üçün son tarix 23 oktyabr 2024-cü ildir”, - çıxarışda deyilir.
Qeyd edək ki, 2022-ci ilin avqustunda şirkət Ukrayna böhranı fonunda Rusiyada fəaliyyətini tamamilə dayandırdığını elan edib.
Maliyyə hesabatlarına görə, Rusiya bazarını tərk etmək Amerika şirkətinə 23 milyon dollara başa gəlib. Bu məbləğə müqavilələrin ləğvi, avadanlığın silinməsi, habelə digər xərclər daxildir.
“HP Inc” 2015-ci ildə Rusiyada rəsmi qeydiyyatdan keçmiş və HP brendi altında kompüter və ofis avadanlıqlarının, eləcə də, digər avadanlıqların satışı üzrə ixtisaslaşmışdı. Bundan əlavə, şirkət texniki dəstək, zəmanət xidmətləri, həmçinin çap, konsaltinq və marketinq xidmətləri göstərirdi.