Putinin ənənəvi mətbuat konfransı nə vaxt olacaq?


Rusiya Prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı dekabrın 14-nə planlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadla məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu tarix əsas tarix hesab olunur.
Prezidentin mətbuat katibi Dmitri Peskov isə birbaşa xəttlə və Putinin mətbuat konfransının birləşdiriləcəyini bildirib.
“Bu il birbaşa xətt mətbuat konfransı ilə birləşdirəcək. Bu, birləşmiş bir format olacaq”, - Kreml nümayəndəsi bildirib.
Tədbirin keçirilmə tarixi ilə bağlı suala cavab olaraq isə o: “Qərar verdik. Sizə vaxtında məlumat verəcəyik”, - deyib.

DİGƏR XƏBƏRLƏR

Top