
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında Yelisey sarayında görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələləri müzakirə olunub.
Regional sülh və sabitlik, eləcə də Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Paşinyan noyabrın 9-u Fransaya səfərə gedib. Onun bu gün Parisdə keçiriləcək 6-cı Sülh Konfransında iştirak edəcək.