“Çox sevinirik ki, Qarabağ öz əzəli ərazisinə qovuşdu” – İran prezidenti


“Biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu”.
Yeniavaz.com
xəbər verir ki, bunu Daşkənddə Prezident İlham Əliyevlə görüşdə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi deyib.
“Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top