
Xərçəngə tutulan uşaqlar müalicə üçün Qəzzadan Türkiyəyə aparılacaq.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin səhiyə naziri Fahrettin Koca deyib.
“Biz İsrailin səhiyyə naziri ilə razılaşdıq ki, müalicəsini başa çatdıra bilməyən xərçəng xəstələri (Qəzzadan) Türkiyəyə gətirilsin. Biz onları yaxın vaxtlarda gətirəcəyik”, - o bildirib.
Türkiyəli nazir onların sayını açıqlamayıb.
Daha əvvəl Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri bildirmişdi ki, ölkəsi Qəzza zolağından təcili müalicəyə ehtiyacı olan minə yaxın xəstəni, ilk növbədə xərçəng xəstələrini qəbul edə bilərlər.
Koca həmçinin qeyd edib ki, iki türk gəmisi Qəzzadan gələn yaralıları müalicə etmək üçün Misirə getməyə artıq hazırdır:
“Onlar limanlara girmək üçün Misir hakimiyyətindən icazə alıblar”.