“Qəzzada ölənlərin sayı 10,5 mini keçdi” – “Əl-Cəzirə”


“İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10 569 nəfərə çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“İsrailin Qəzzada müharibəyə başlamasından bu yana qurbanların sayı 10 569 nəfərə çatıb. Ölənlər arasında 4324 uşaq və 2823 qadın var”, - Departamentin açıqlamasında deyilir.
Nəşrin Qəzza zolağındakı mənbəsi anklavda 18 xəstəxananın fəaliyyətinin dayandırılmasını, tibb müəssisələrində, xüsusən də şimal bölgələrində vəziyyətin fəlakətli olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top