
“Livanın “Hizbullah” təşkilatı İsrailin Qəzza zolağında hücumunu davam etdirəcəyi təqdirdə, İsraillə sərhəd bölgələrə və Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücumları gücləndirəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Amerikanın “NBC News” telekanalına müsahibəsində “Hizbullah” liderinin müavini Şeyx Naim Kassem deyib.
““Hizbullah” Qəzza zolağına təzyiqi azaltmaq üçün münaqişədə iştirak edir. Təşkilatın İsrail ərazisini getdikcə daha çox atəşə tutması İsrail hakimiyyətinə anklavda quru əməliyyatlarının genişləndirilməsinin ciddi nəticələr verəcəyinə dair aydın siqnal olmalıdır. Əgər İsrail və ABŞ təcavüzünü eyni ruhda davam etdirsələr, onu daha da gücləndirsələr və indikindən daha çox mənfi təsir göstərsələr, bu vəziyyətin gərginləşməsinə və genişmiqyaslı qarşıdurmaya səbəb olacaq”, - Kassem deyib.
Tətbiqimizi yükləyə bilərsiniz