Qəzzaya hücumlarda ölənlərin sayı 10,3 mini keçdi


İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 10,3 min nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qurbanların sayı hazırda ən azı 10328 nəfərdir.
Qeyd edək ki, bir gün əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı oktyabrın 7-dən anklavda ölənlərin sayının 10022 nəfərə çatdığını, onların arasında ən azı 2641 qadın və 4104 uşaq olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top