
Noyabrın 8-də Bakıda 40 marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, bunlar E2, M3, H1, 1, 2, 3, 4, 5, 6, 10, 13, 14, 17, 18, 21, 29, 30, 31, 32, 33, 37, 38, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 83, 88, 88A, 96, 125, 149, 175, 205 və 206 nömrəli marşrut xəttləridir.
Dəyişikliyə səbəb 8 Noyabr - Zəfər günü ilə əlaqədar saat 09:00-dan 13:00-a qədər Bakı şəhərinin müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərdir.