
“Oktyabrın 7-dən bu yana Qəzza zolağının sakinlərinin ən azı 70%-i döyüşlər səbəbindən evlərini tərk edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bir ay keçdi, Qəzza əhalisinin 70%-i didərgin düşdü”, - deyən agentlik mülki əhalinin məcburi köçkünlüyə və kollektiv cəzaya məruz qaldığını bildirib.
UNRWA, həmçinin, 1,5 milyona yaxın insanın yaşadığı daimi qorxu və qeyri-insani həyat şəraitinə diqqət çəkib.
Bəyanatda UNRWA sığınacaqlarının dörd dəfədən çox dolduğu bildirilib.