
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB üzvü olan ölkələrin təhlükəsizlik şuraları katiblərinin noyabrın 8-də Moskvada keçirilməsi planlaşdırılan iclasında iştirak etməyəcək.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan bildirib.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin noyabrın 8-də Rusiyanın paytaxtında keçiriləcək növbəti iclasında iştirak etməyəcək”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçirilən MDB dövlət başçılarının sammitində iştirakdan imtina etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz