
“Mülki əhali və mülki infrastruktur İsrail Müdafiə Qüvvələrinin (IDF) quru əməliyyatları və hava zərbələrinin qurbanı olur”.
Yeniavaz.com xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“IDF-nin quru əməliyyatları və davam edən bombardmanlar mülki şəxslərə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Heç kim təhlükəsizlikdə deyil”, - Quttereş bildirib.
Onun sözlərinə görə, Qəzza zolağındakı humanitar böhran böyüyərək bəşəriyyət böhranına çevrilib:
“Qəzzanın kabusu humanitar böhrandan daha çoxdur. Bu, bəşəriyyətin böhranıdır. Münaqişə dünyanı və regionu silkələyir və ən faciəlisi o qədər çox günahsız insanı məhv edir”.
Quterreş bütün dünyada antisemitizm və anti-müsəlman əhval-ruhiyyəsinin artması ilə bağlı narahatlığını da ifadə edib:
“Dünyanın bir çox yerlərində yəhudi və müsəlman icmaları öz təhlükəsizliklərindən qorxaraq yüksək hazırlıq vəziyyətindədirlər.
Tətbiqimizi yükləyə bilərsiniz