“Gürcüstan vətəndaşı Rusiya qüvvələri tərəfindən öldürülüb”


“Gürcüstan vətəndaşı Qori bələdiyyəsinin Kirbəli kəndi yaxınlığında işğal olunmuş ərazilərdə qanunsuz saxlanma zamanı Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, daha bir nəfər saxlanılıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan vətəndaşına Rusiya tərəfindən ölümcül atəş açılmasından dərin qəzəbləndiyini bildirib.
Ölkənin Baş naziri İrakli Qaribaşvili hadisəni işğalın ağır nəticələrini nümayiş etdirən dəhşətli hadisə adlandırıb. O bildirib ki, Gürcüstanın beynəlxalq tərəfdaşları baş verənlərdən məlumatlandırılıb.
Rusiya hakimiyyəti Gürcüstan tərəfinin bəyanatlarına hələlik münasibət bildirməyib.

DİGƏR XƏBƏRLƏR

Top