
2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranın Evin həbsxanasında aclıq aksiyasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında məlumat yayıblar.
Bildirilir ki, aclıq aksiyasına səbəb həbsxanada şəraitin pis olması və İran hakimiyyətinin qadınların hicab taxması tələbidir.
İran rəsmiləri Nərgiz Məhəmmədinin aclıq aksiyasına başladığını hələlik rəsmən təsdiqləməyib.
Qeyd edək ki, daha öncə bildirilmişdi ki, həbsxana həkimi onun ağciyər təzyiqinin kritik olduğunu və arterial vəziyyətinin pis olduğunu aşkar edərək onun təcili mülki xəstəxanaya köçürülməsini təkəb edib, lakin həbsxana rəhbərliyi ona tibbi yardım göstərməkdən imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz