
Oktyabrın 7-də Yaxın Şərqdə növbəti eskalasiyanın başlamasından sonra Qəzza zolağında ölənlərin sayı 10 022 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, qurbanlar arasında ən azı 2641 qadın, 4104 uşaq var.