
Fələstinin HƏMAS hərəkatı İsrail qüvvələrinin Qəzza zolağında 100-dən çox xəstəxana və tibb mərkəzinə hücum etdiyini, 16-ya yaxın tibb müəssisəsini isə tamamilə sıradan çıxardığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərəkatın rəsmi “Teleqram” kanalında dərc olunan bəyanatda bildirilir.
“Onlar 100-dən çox xəstəxana və tibb mərkəzinə hücum ediblər, onlardan 16-sı tamamilə sıradan çıxıb”, - bəyanatda deyilir.
HƏMAS, həmçinin İsrailin müxtəlif bəhanələrlə tibb sektorunu, yaralıları və köçkünləri hədəfə almaq praktikasını davam etdirdiyini bildirib.
Qeyd edək ki, bir gün əvvəl anklavın Səhiyyə Nazirliyi güclü bombardmanlara görə yaralıları bir neçə gün Misir xəstəxanalarına göndərə bilmədiyini açıqlamışdı.