
ABŞ Hərbi Dəniz Qüvvələri Ohayo sinifli nüvə sualtı qayığının Yaxın Şərqə çatdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosila şəbəkı hesabında məlumat verib.
“5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət sahəsinə çatıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, HƏMAS-İsrail münaqişəsinin növbəti kəskinləşməsindən sonra ABŞ bölgəyə bundan əlavə iki təyyarədaşıyan gəmi də göndərib.
Tətbiqimizi yükləyə bilərsiniz