İsrail məşhur fələstinli fəal Tamimini saxladı – KİV


İsrail təhlükəsizlik qüvvələri məşhur fələstinli fəal Ahed Tamimini yəhudiləri qətlə yetirməyə çağırdığı üçün gecə saatlarında İordan çayının qərb sahilində saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tamimi İordan çayının qərb sahilinin inzibati mərkəzi olan Ramallahın şimal-qərbində, doğma Nabi Salih qəsəbəsində saxlanılıb.
Qeyd edək ki, Tamimi daha çox İsrail əsgərləri ilə üzləşdiyi şəkilləri və videoları ilə tanınır. 2017-ci ilin dekabrında o zaman 16 yaşlı Tamimi bir israil əsgərinə şillə vurduğuna görə səkkiz aylıq həbs cəzasına məhkum edilib və 2018-ci il iyulunda cəzasını çəkdikdən sonra həbsxanadan azad edilib. Hadisə videoya çəkilib və internetə yerləşdirilib. Bu video sayəsində Tamimi faktiki olaraq Fələstin etirazının simvoluna çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top