
“Türkiyə Qəzza zolağından təcili müalicəyə ehtiyacı olan minə yaxın xəstəni, ilk növbədə xərçəng xəstələrini qəbul edə bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca misirli həmkarı ilə danışıqlardan sonra deyib.
“Biz təcili müalicəyə ehtiyacı olan 1000-ə yaxın xəstə və yaralının, xüsusilə də fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Qəzzadakı Türk-Fələstin Dostluq Xəstəxanasında müalicə alan xərçəng xəstələrinin “Rəfah” sərhəd keçid məntəqəsindən Misirə gətirmək üçün çalışırıq. Daha sonra xərçəng xəstələrinin və vəziyyəti ağır olanların təcili tibbi yardım təyyarələri və xəstəxana gəmiləri ilə ölkəmizə daşınması planlaşdırılır”, - deyə o, jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, iki türk gəmisi Qəzzada yaralıların müalicəsi üçün Misirə getməyə artıq hazırdır. Onlar limanlara girmək üçün Misir hakimiyyətindən icazə alıblar.