
“Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, zaman keçdikcə dialoq bərpa edilməli olacaq:
“Münasibətlər sıfır səviyyəsindədir və ya deyərdim ki, hətta sıfırın altındadır. Amma bununla belə, həm Amerika, həm də biz qlobal sabitlik və strateji sabitlik üçün xüsusi məsuliyyət daşıdığımız üçün, bu və ya digər şəkildə, zaman keçdikcə dialoqu bərpa etməli olacağıq”.